#instagt Instagram Photos & Videos

instagt - 16.2k posts

Top Posts

Latest Instagram Posts

  • Şrödingerin pişiyi (Kvant Fizikası)

Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə m...
  • Şrödingerin pişiyi (Kvant Fizikası) Təcrübənin başlanğıcında qapalı bir qutunun içində canlı olan bir pişik var. (Qutunun içinin heç bir şəkildə müşahidə edilməməsi çox vacib bir məsələdir. Bunun səbəbiKopenhagen təfsiridir.) Qurğunun tərkibi belədir: Parçalanma ehtimalı 50% olan bir radioaktiv maddə, radioaktivlik dedektoru və ondan asılı olan qapalı qabda zəhərli qaz. Maddə parçalanarsa dedektor işə düşərək qabı sıdıracaq və pişiyi öldürəcək zəhərli qazı havaya buraxacaq. Buradakı vacib məsələ isə, parçalanma ehtimalının tam olaraq 50% olmasıdır. Bu şəkildə maddənin parçalanıb-parçalanmayacağı əvvəlcədən müəyyənləşdirilə bilməz. Nəticə olaraq pişik, qutu açılanda ya zəhərlənib ölmüş bir şəkildə görüləcək, ya da parçacıq parçalanmadısa diri olaraq görüləcəkdir. Ancaq təcrübənin paradoks kimi tərif edilməsinin səbəbi nəticə deyil, təcrübənin müşahidə edilməyən mərhələsidir. Vacib olan məsələ, müşahidə edilmədən əvvəl qutunun içində nələr olduğudur. Qutu açılmadan, müşahidə edilmədən əvvəl pişik nə vəziyyətdədir? Ölüydümü yoxsa diriydimi? Kvant fizikasına görə həm ölü, həm diridir. Qutu açıldığı anda müşahidəçi də iştirakçı olur. Kvant dilində bu vəziyyətə dalğa funksiyasının çöküşü deyilir. Yəni bir neçə ehtimaldan bir dənəsinə düşürülən vəziyyətdə müşahidəçi də kainata daxil olur. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 34 4 yesterday
  • Dizartiriya danışığın pozulmasına səbəb olan bir haldır. Dizartiriyanın səbəbi, danışarkən istifadə edilən üz əzələlərinə nəzarət edilməsində çətin...
  • Dizartiriya danışığın pozulmasına səbəb olan bir haldır. Dizartiriyanın səbəbi, danışarkən istifadə edilən üz əzələlərinə nəzarət edilməsində çətinlik yaranması ya da əzələlərin zəif olmasıdır. Dizartiriyanın sıx görülən səbəbləri enmə, beyin ziyanı, beyin şişi, üz iflicinə səbəb olan vəziyyətlərdir. Bundan başqa dizartiriyanın yaranmasına səbəb başın zədələnməsi, narkotiklər və sakitləşdiricilər də dizartiriyanın yaranmasına daxildir. Dizartiriyanın əlamətləri: ▪Danışığın sürətinin yavaş olması; ▪Pıçıltıdan daha yüksək səslə danışmaq; ▪Başa düşülməsi çətin olan sürətdə danışmaq; ▪Davamsız və ya anormal danışıq tərzi; ▪Dil və ya üz əzələlərini hərəkət etdirməkdə çətinlik. Anlaşılan bir tərzdə danışma istedadınızda dəyişikliklər olduğunda, danışığınızdakı düzgün sözlərdə problemlər yarandıqda həkimə müraciət edin. Əgər dizartiriyası olan bir ailə fərdi ya da dostunuz, tanışınız varsa, aşağıdakı ipucları həmin adamla daha yaxşı münasibət qurmağınızı təmin edə bilər. ▪Adama danışması üçün zaman ayırın; ▪Cümlələri tamamlamayın ya da səfləri düzətməyin; ▪Adam danışarkən ona baxın; ▪Mühitdəki diqqət dağıdan səsləri azaldın; ▪Əgər onu başa düşməkdə çətinlik çəkirsinizsə, bunu bilməsinə çalışın. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 34 8 2 days ago
  • Kainatda rəng deyə mütləq bir məfhum yoxdur.Sizə maraqlı gələ bilər, amma, həqiqətən bu belədir. Rənglər elektromaqnit spektrumun sadəcə kiçik bir ...
  • Kainatda rəng deyə mütləq bir məfhum yoxdur.Sizə maraqlı gələ bilər, amma, həqiqətən bu belədir. Rənglər elektromaqnit spektrumun sadəcə kiçik bir tezlik aralığıdır.Yəni elektromaqnit dalğaların görə bildiyimiz hissəsinə "işıq" deyirik.Eyni zamanda görünən işığın daxilində də tezliyindən dolayısı ilə enerjisindən asılı olaraq hər bir dalğa gözümüzün həssas işıq reseptorlarına fərqli cür təsir edir(qıcıq yaradır) və bu təsirləri beynimiz "rənglər" olaraq bir-birindən fərqləndirir.Yəni gördüyümüz rənglər əslində mövcud deyil.Bu beynimizin yaratdığı illuziyadan başqa bir şey deyil. Bəs bütün insanlar rəngləri eyni cür görür?  Daltonikləri(rəng korlarını) qoyaq bir kənara.Vaqifin gördüyü "mavi" rəng ilə Leylinin gördüyü "mavi" eynidirmi? Bu qədim zamanlardan bəri bir çox düşünən insanı düşündürən bir sual olmuşdur.Müasir elmin verə bildiyi cavab isə sarsıdıcıdır: Böyük ehtimala fərqlidir! Başqasının beyninə bağlanaraq onun necə gördüyünü anlamaq üçün bir texnologiya hələlik olmasa belə, müasir elmi görüşlərə görə insanlar rəngləri yaxın olsa belə tam olaraq eyni cür görmürlər.Çünki özünə xas genlərə sahib olan hər bir insanın özünə xas fiziologiyaya sahib gözləri və beyni vardır.Əsas da beyindəki fizioloji fərqlərə görə hər bir insan, gözünə düşən müyyən tezlikli elektromaqnit dalğanı(rəngi) özünəməxsus şəkildə qavrayacaqdır. Baxmayaraq ki, Vaqif ilə Leyli hərəsi "mavi" ni fərqli cür görürlər, yenə də hər ikisi gördükləri bu rəngin "mavi" olmasında ,əlbəttə ki, həmfikir olacaqlar. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 42 3 2 days ago
  • Böyük Çöküş nəzəriyyəsi Big Bangdan (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəz...
  • Böyük Çöküş nəzəriyyəsi Big Bangdan (Böyük Partlayış) sonra genişləyən kainatı getdikcə sürətlənərək içinə çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə bu çöküş kainat bütün kütləsini itirib sonsuz sıxlıqdakı bir nöqtəyə çevrilənə qədər davam edəcək.Kainatın yaradılışı Big Bang adlandırılan böyük partlama ilə başlamışdır və o zamandan bəri kainat genişləyir. Alimlər kainatın kütləsinin kafi miqdara çatdığında, cazibə qüvvəsi səbəbi ilə bu genişləmənin dayanacağını və bunun kainatın öz içinə çökməyə, büzülməyə başlamasına səbəb olacağını bildirirlər. Alimlər büzülən kainatın sonunda “Big Crunch” (Böyük Çöküş) deyilən çox yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə bildiyimiz bütün canlıların yox olması mənasını verir. Stanford Universitetində fizika professoru olan Renata Kallosh və Andrei Lindenin bu mövzu ilə bağlı şərhləri belədir: “Kainatın aqibəti kiçilməyə və yox olmağa doğru gedir. Gördüyümüz və daha uzaqlardakı görə bilmədiyimiz hər şey protondan belə kiçik nöqtə şəklində kiçiləcək. Sanki Qara dəlik içindəsiniz… Bu enerjinin ən yaxşı tərifinin belə olduğunu tapdıq: mərhələ-mərhələ mənfi hala gələn bu quru enerji, kainatın tarazlığının dəyişməsinə səbəb olacaq və büzülüb çökəcək… Fiziklər Qara enerjinin mənfi enerjiyə çevriləcəyini və kainatın yaxın gələcəkdə büzüləcəyini bilirlər… Lakin bu gün görürük ki, biz bu hadisənin başlanğıcında deyilik, amma kainatımızın həyat sirkulasiyasının ortasında ola bilərik”. Big Crunch nəzəriyyəsinə görə başlanğıcda olduğu kimi əvvəl yavaşca, lakin getdikcə sürət qazanaraq kainat içinə çəkilməyə başlayacaq. Bütün bunların davamında isə kainat sonsuz sıxlıq və sonsuz istilikdə, sonsuz kiçiklikdə bir nöqtə halına gələcəkdir. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 28 5 3 days ago
  • I have loved you for the last time,
Visions of Gideon, visions of Gideon...
And I have kissed you for the last time,
Visions of Gideon, visions of ...
  • I have loved you for the last time, Visions of Gideon, visions of Gideon... And I have kissed you for the last time, Visions of Gideon, visions of Gideon... 👤🌊🌅
  • 58 2 3 days ago
  • Belə hesab olunur ki, gülüş insan orqanizminin müdafiə mexanizmidir. Gülüş insanı psixiki gərginlikdən və stresdən azad edir.

Araşdırmalar göstəri...
  • Belə hesab olunur ki, gülüş insan orqanizminin müdafiə mexanizmidir. Gülüş insanı psixiki gərginlikdən və stresdən azad edir. Araşdırmalar göstərir ki, gülüş ürək-damar və nəfəsalma sistemi xəstəliklərinin riskini azaldır. Yaxşı yumor hissi olan insanlar stres, depressiya və s. nevroloji pozulmalardan daha az əziyyət çəkir. Lakin bəzən gülüş xəstəliyin simptomu kimi meydana çıxa bilər. Təbii ki, burada söhbət idarə olunmayan, səbəbsiz, qeyri-təbii, patoloji gülüşdən gedir. Belə gülüş bu kimi xəstəliklərin simptomu ola bilər: — Beyin şişləri və ya kistaları. Səbəbsiz gülüş bəzən bu pozulmaların simptomu kimi meydana çıxır. Bu zaman kista və ya şişin cərrahi yolu ilə xaric olunması insanı patoloji gülüşdən azad edir. — Angelman sindromu. Nadir genetik xəstəlikdir. Bu sindromu olan insanların psixiki inkişafında geriləmə olur, nitqi pis inkişaf edir. Angelman sindromu olan insanlar daim səbəbsiz gülür və gülümsəyir — bu xəstəliyin ən xarakterik simptomlarından biridir. — Alsgeymer xəstəliyi (ağıl zəifliyi, demensiya). İngiltərə alimləri araşdırmalar zamanı aşkar ediblər ki, «qara» yumor, yersiz gülüş demensiyanın ilk simptomlarından biri kimi meydana çıxır. — Biopolyar pozulma (bəzən bu pozulmanı «maniakal depressiya» adlandırırlar). Bu halda əhval-ruhiyyənin tez-tez deyişkənliyi müşahidə olunur. Maniakal vəziyyətdə insan çox danışır, yuxudan imtina edir, imkanlarını real qiymətləndirə bilmir, hərəkətlərinin son nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkir. Xəstəliyin simptomlarından biri də səbəbsiz patoloji gülüşdür. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 42 6 3 days ago
  • Hiqqs bosonu fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcikdir.

Bosonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. ...
  • Hiqqs bosonu fərziyyəyə görə başqa hissəciklərə kütlə verən hissəcikdir. Bosonlar qarşılıqlı təsir qüvvələrinin daşıyıcıları olan hissəciklərdir. Məsələn, bosonlardan biri olan foton – işıq hissəciyidir və o, elektromaqnit güvvəsinin (qarşılıqlı təsirinin) keçiricisi və daşıyıcısıdır. Fundamental qüvvələrin daşıyıcısı olan bu hissəciklər Hindistanlı fizik Satyendranat Bose-nin şərəfinə adlandırılmışlar. Hiqs bosonu və ya Hiqs hissəciyi Britaniyalı fizik Peter Higgs-in şərəfinə adlandırılmışdır. Bu hissəcik gündəlik mətbuatda “Tanrının hissəciyi” də adlandırılır. Bu ifadənin hissəciklər fizikasına aidiyyəti yoxdur. İfadə jurnalistlər tərəfindən həvəslə qarşılandı və işlənir, ona görə ki, “Tanrı kimi bu hissəcik də çox güclüdür, hər yerdə mövcuddur, lakin tapılması çətindir”. Hiqqs sahəsi və onun daşıyıcısı: 1964-cü ildə Peter Higgs hissəciklərə kütlə verən bir sahənin olması fərziyyəsini irəli sürdü. Təqribən həmin vaxtlarda Belçikalı fiziklər Robert Brout, Francois Englert və onlardan başqa daha üç fizik ( Gerald Guralnik, Carl Hagen, Tom Kibble) apardıqları tədqiqatlarda oxşar nəticəyə gəldilər. Hələ ki ancaq fərziyyəyə əsaslanan (hipotetik) bu sahə Hiqqs sahəsi adlandırıldı. Sonradan P. Higgs öz hesablamaları üzərində düzəliş apararkən o, həmin sahənin daşıyıcısı kimi kütləyə malik bosonun mövcud ola biləcəyi ideyasına gəldi. Bu hissəciyə Hiqqs bosonu və ya Hiqqs hissəciyi adı verildi. Hipotezə görə Hiqqs bosonu yüksüz, spin-0 hissəcikdir və o, kütləyə malikdir. Lakin onun kütləsi haqqında dəqiq fikir yoxdur. Standart Model nəzəriyyəsi ancaq bir növ Hiqqs hissəciyindən bəhs edir. Lakin başqa nəzəriyyələrə görə bir neçə növ Hiqqs hissəciyi ola bilər. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 30 8 4 days ago
  • Hadron kvant fizikasında mürəkkəb hissəcikdir. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan...
  • Hadron kvant fizikasında mürəkkəb hissəcikdir. Hadronlar iki və ya daha çox kvarkdan ibarət olurlar. Üç kvarkdan ibarət hadron barion, iki kvarkdan ibarət hadron mezon adlanır. Ətrafda gördüyümüz hər şey, özümüz də daxil olmaqla maddə daşıyıcıları olan barionlardan ibarətdir. Elementlərin nüvəsini təşkil edən protonlar və neytronlar barion qrupundan olan hadronlardır. Hadronun ölçüsü təqribən 1 fm (femtometr-dir (1 fm 10−15 metrə bərabərdir). Xüsusiyyətləri: Standart Model nəzəriyyəsinə görə kvark zərrəciklərinin 6 növü var. Bu kvark növləri şərti olaraq up (yuxarı), down (aşağı), strange(qəribə), charm (ovsun, tilsim), top (üst),bottom (alt) adlandırılmışlar. Həmin adlara uyğun olaraq kvark növləri u-kvark, d-kvark, s-kvark, c-kvark, t-kvark, b-kvark kimi işarə edilirlər. Hadronun tərkibi kvarkların adı ilə göstərilir, məsələn proton (uud) kimi, neytron (ddu) kimi işarə edilir. c-kvark, t-kvark, b-kvark üçün eyni hərflərlə başlayan alternativ adlar təklif edilib. Hadronun tərkibindəki kvarklar güclü qüvvədaşıyıcısı olan qluonlar vasitəsilə bir-birinə bağlıdırlar. Kvark anti-zərrəciyi antikvark adlanır. Eyni qayda ilə hər bir hadronun uyğun anti-zərrəciyi var. Hadronun xüsusiyyətləri onun tərkibindəki kvarkların sayı və xüsusiyyətləri ilə təyin olunur. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 32 6 4 days ago
  • Fizikada ən maraqlı və sual yaradan mövzulardan biri qaranlıq maddə və qaranlıq enerjidir. Alimlərə görə kainatın 95% -i qaranlıq maddə və qaranlıq...
  • Fizikada ən maraqlı və sual yaradan mövzulardan biri qaranlıq maddə və qaranlıq enerjidir. Alimlərə görə kainatın 95% -i qaranlıq maddə və qaranlıq enerjidən ibarətdir. Bəlkədə bu yeni teorem, Eynşteynin yüz il əvvəl ki fikirlərini doğru çıxara bilər. Oxford Universitetindən astrofizik Jamie Farnes, bu qaranlıq fenomeniyanı izah etmək üçün, yeni bir teorem ortaya atıb. Teoremə əsasən qaranlıq enerji və qaranlıq maddə birlikdə neqativ kütlə mayesi kimi hərəkət edir. Bu görünməz mayə tətbiq olunan qüvvətlərin əksi istiqamətində hərəkət edir. Məsələn, itələsəniz, sizə qarşı tərs istiqamətdə sürətlənməyə başlayır. Jamie Farnes qaranlıq mayenin necə kainatı formalaşdırdığını göstərmək üçün LambdaCDM adlı bir komputer modeli yaradıb. Beləcə qalaktikaların fırlanarkən niyə parçalanıb, dağılmadığını izah edir. Teoremin əksidə ola bilər,  fəqət yenədə gələcəkdəki müşahidələr üçün yeni bir model yaratması baxımından bu teorem önəmli sayılır. | 0999.PG / M-ZADEH (@fastnews.az) #aztagram #instagram #instagood #likeforlikes #likeme #instalike #best #son #sonxeber #sonxəbər #sonxəbərlər #bilgi #haber #sonhaber #azerbaijan #azərbaycan #azerbaycan #bakı #baki #baku #super #trend #haberler #instagt #maraq #maraqlı #maragli #enyaxsi #ənyaxşı
  • 30 3 5 days ago